Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-11,
Seanews
Heyder Eliyev

“Hyundai Glovis” yüklərin monitorinqi üçün IoT texnologiyasından istifadə edəcək

Cənubi Koreyanın logistika nəhəngi "Hyundai Glovis" beynəlxalq yükdaşımalar zamanı temperatur, rütubət və xarici təsirlər (zərbələr) kimi vacib göstəriciləri izləmək üçün IoT (Əşyaların İnterneti) cihazlarından istifadə etməyə başlayır.

“Seanews.az” xəbər verir ki, şirkət bunun üçün 2026-cı ili sınaq müddəti elan edib. Bir ildə IoT cihazları ilə Cənubi Koreyadan Şimali Amerika, Avropa və Cənub-Şərqi Asiyaya göndərilən avtomobil hissələrinin (KD) monitorinqi həyata keçiriləcək. IoT-lar həm dəniz, həm də quru yolu ilə minlərlə kilometr məsafə qət edən yüklərin real vaxt rejimində yerini, meyillilik dərəcəsini və ətraf mühit şəraitini qeydə alacaq.

Sistemdəki xüsusi bildiriş funksiyası sayəsində quru mərkəzindəki komandalar hər hansı anomal dəyişikliyi dərhal müəyyən edə biləcək. Şirkət rəsmiləri bildiriblər ki, bu data-əsaslı idarəetmə sistemi tədarük zəncirinin sabitliyini gücləndirmək və müştəri məmnuniyyətini artırmaq məqsədi daşıyır. Gələcəkdə bu texnologiyanın batareyalar və soyudulmuş yüklərin daşınmasında da tətbiqi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır