Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Kanadanın Çörçill limanından 6 ildən sonra ilk taxıl yükü göndərilir

Kanadanın Manitoba əyalətində, Arktika bölgəsində yerləşən Çörçill limanı altı ildən sonra ilk dəfə taxıl yükləməyə başlayıb. Bu, limanın fəaliyyətinin bərpası istiqamətində atılan mühüm addımlardan biri hesab olunur.

“Seanews.az” xəbər verir ki, hazırda “Federal Sprey” yük gəmisi limanda təxminən 30 min ton Kanada bərk buğdasını yükləyir. Saskaçevan əyalətindən gətirilən taxılın Aralıq dənizi ölkələrinə göndərilməsi planlaşdırılır. Yük limana yenidən qurulmuş Hudson Bay dəmir yolu ilə çatdırılıb.

Məlumata görə, Çörçill limanından taxıl daşımalarının dayanmasına pandemiya, yüksək daşınma xərcləri və dəmir yolu xəttinin yararsız vəziyyətə düşməsi təsir edib. Limanı 2018-ci ildə ABŞ-nin “OmniTrax” şirkətindən alan “Arctic Gateway Group” onun fəaliyyətini bərpa etməyə başlayıb.

Bu yük 2026-cı ildə limandan göndərilməsi planlaşdırılan üç taxıl partiyasından birincisidir. İl ərzində 100 min tondan çox taxılın ixracı, gələn il isə həcmin artırılması gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır