Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-07,
Seanews
Heyder Eliyev

Panama kanalında iri gəmilər üçün suyaoturma həddinin azaldılması təxirə salınıb

Panama kanalında iri gəmilər üçün maksimal suyaoturma həddinin azaldılması ikinci dəfə təxirə salınıb. Panama Kanalı İdarəsi qərarın Qatun gölündə suyun səviyyəsi və son hava proqnozlarının qiymətləndirilməsi əsasında qəbul edildiyini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, “Neopanamax” şlüzlərindən keçən gəmilər üçün hazırkı maksimal suyaoturma həddi 14,63 metrdir. Bunun 1 oktyabrdan 14,48 metrə endirilməsi planlaşdırılırdı, lakin qərar təxirə salınıb. Bu addım xüsusilə iri konteyner gəmiləri və qaz daşıyıcıları üçün əlavə yük məhdudiyyətlərinin qarşısını alır.

Qərar Sakit okeanda güclənən El-Ninyo fenomeni fonunda qəbul edilib. Panama Kanalı su ehtiyatlarını qorumaq üçün sentyabrın 3-dən “Neopanamax” şlüzlərində gündəlik keçid yerlərinin sayını 9-a, köhnə “Panamax” şlüzlərində isə 25-ə endirib. Sentyabrın 15-dən “Panamax” şlüzlərində bu göstəricinin 23-ə salınması planlaşdırılır.

Kanal İdarəsi hava şəraitini, su hövzəsinə daxil olan suyun həcmini və göllərdəki su səviyyəsini izləməyə davam etdiyini, gələcək dəyişikliklər barədə əvvəlcədən məlumat veriləcəyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır