Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-08,
Seanews
Heyder Eliyev

Hörmuz böhranı fonunda Süveyş kanalının gəlirləri 42% artıb

Süveyş kanalında gəmi hərəkəti və gəlirlər iyul ayında artmaqda davam edib. Misirin rəsmi məlumatlarına görə, iyulda kanaldan 1 340 gəmi keçib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 27% çoxdur. Kanalın aylıq gəliri isə 495 milyon dollara çataraq illik müqayisədə 25% artıb.

“Seanews.az” xəbər verir ki, gəmi axınının artmasında neft tankerləri xüsusi rol oynayıb. İyulda kanaldan 526 tanker keçib. Ötən ilin eyni ayında bu göstərici 432 olub. Hörmuz boğazında yaranan məhdudiyyətlər və Bab əl-Məndəb ətrafındakı təhlükəsizlik riskləri bəzi neft daşımaları marşrutlarının dəyişdirilərək Süveyş kanalı üzərindən yönləndirilməsinə səbəb olub.

2026-cı ilin ilk yeddi ayında Süveyş kanalının ümumi gəliri 2,88 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29% artım deməkdir. Süveyş Kanalı Administrasiyasının sədri Usamə Rəbi ilin sonuna qədər gəlirlərin 5,8–6 milyard dollara çata biləcəyini bildirib.

Bununla belə, kanalın fəaliyyəti hələ 2023-cü il səviyyəsinə qayıtmayıb. Həmin il kanaldan rekord 26 434 gəmi keçib və gəlirlər 10,25 milyard dollar olub. Hazırkı bərpanın davam etməsi isə xüsusilə böyük konteyner xətlərinin Qırmızı dəniz və Süveyş marşrutuna qayıtmasından asılı olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır