Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

rbaycan və Özbəkistan yükdaşımalara dair memorandum imzala

“Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  və ”Özbəkistan Dəmir Yolları” ASC arasında üçtərəfli görüş keçirilib. Görüşdə tərəflər Azərbaycan və Özbəkistan ərazisindən əlavə həcmdə tranzit və idxal-ixrac daşımalarının cəlbində maraqlı olduqlarını ifadə ediblər.   Aparılan müzakirələrin nəticəsində  tərəflər arasında üçtərəfli memorandum  imzalanıb.  Hər iki ölkənin nümayəndələri həm Avropa, həm də Orta Asiya və Əfqanıstan istiqamətində yükdaşımaların həyata keçirilməsində özlərinin mövcud  nəqliyyat infrastrukturundan yararlanmağın vacibliyini diqqətə çatdırıblar. “Özbəkistan Dəmir Yolları” ASC qeyd olunan dəhlizin məhsul idxalı və ixracı üçün geniş imkanlar açacağını vurğulayıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev  bu istiqamətdə daşınan yüklər üçün Gəmiçiliyin  su nəqliyyatı vasitələrini ayırmağa hazır olduğunu bildirib.   “Azərbaycan Dəmir Yollar” QSC isə  öz növbəsində hər iki istiqamətdə daşımalar üçün  optimal şərait yaradacağını öhdəsinə götürüb. Sənədə görə, tərəflər marşrut üzrə daşınacaq potensial yükləri də müəyyənləşdiriblər.   Tərəflər marşrutun inkişafını təmin etmək üçün  daimi fəaliyyət göstərən işçi qrupu  yaradacaqlar.  Qrupun  əsas vəzifəsi yük bazarını hərtərəfli araşdırmaq,  daşınma texnologiyasını öyrənmək, marketinq strategiyası hazırlayıb reallaşdırmaq, alternativ marşrutlar və nəqliyyat vasitələri ilə bazara rəqabətədavamlı logistik məhsul çıxarmaqdan ibarətdir.  Logistik məhsulun təşviqi məqsədi ilə isə “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Özbəkistan Dəmir Yolları” ASC, həmçinin bu ölkənin aparıcı idxalçıları və ixracatçılarının iştirakı ilə aprelin 26-27-də Daşkənddə tədbir keçirilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır