Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Batumi limanında mineral gübrələr üçün terminal inşa olunur

Gürcüstanın Batumi limanında mineral gübrələr üçün terminalın inşasına başlanıb.  

20 milyon dollara başa gələcək bu terminalın inşası məqsədilə Gürcüstan hökuməti,  "Trammo" korporasiyası və “Wondernet Express Investment Group” şirkətləri güclərini birləşdirib.  

Layihəyə əsasən, Mərkəzi Asiya ölkələri, Azərbaycan və Gürcüstan arasında Qara dəniz limanı vasitəsilə loqistika dəhlizinin yaradılması nəzərdə tutulub.

Batumi limanında inşa olunacaq yeni multimodal terminal müasir avadanlıqlarla təchiz olunacaq, anbar obyektləri 60 min ton mineral gübrənin saxlanılması üçün nəzərdə tutulacaq. Terminal ildə 1,2 mln. tona qədər mineral gübrə emal etmək gücünə malik olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır