Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ı-Tbilisi-Qars dəmir yolunda Qazaxıstanın 10 teplovozu istifadə edilə

Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialını xeyli gücləndirəcək. Bu fikri Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev oktyabrın 26-da keçirdiyi brifinqdə deyib. Səfirin sözlərinə görə, Bakı-Tbilisi-Qars təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, həm də İpək yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına təkan verəcək irimiqyaslı layihədir. Bu layihənin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından da istifadə edilib. Diplomat deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda Qazaxıstanın 10 teplovozu istifadə ediləcək. Eyni zamanda, 2020-ci ilədək Qazaxıstan bu layihə üçün Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək. Bildirilib ki, Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb. Həmin qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək. Bir neçə gün əvvəl isə Qazaxıstandan Türkiyənin Mersin şəhərinə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə taxıl aparan birinci yük qatarı yola salınıb. Azərbaycan və Qazaxıstan arasında dəmir yolu vasitəsilə yükdaşımaların həcmindən danışan Beybit İsabayev deyib ki, cari ilin 9 ayı ərzində ölkələrimiz arasında yükdaşımaların həcmi 1,5 milyon tona çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146 faiz çoxdur. Diplomatın fikrincə, yaxın gələcəkdə Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya arasında yüklərin daşınmasında əsas tranzit rolunu oynayacaq. Mətbuat konfransında bu ilin sonunadək Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının görüşünün olacağı, iqtisadi əməkdaşlığın inkişafına dair bütün sahələr üzrə aktual məsələlərin müzakirə ediləcəyi diqqətə çatdırılıb. Qazaxıstanın Azərbaycandakı səfiri iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən danışaraq bildirib ki, Prezident Nursultan Nazarbayev ticarət dövriyyəsinin iki dəfədən çox artırılması üçün tapşırıqlar verib. Bu ilin 9 ayı ərzində ticarət dövriyyəsində 15 faiz artım müşahidə edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır