Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

axıstandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir qatar yola düşə

Yaxın vaxtlarda Qazaxıstandan yeni konteyner qatarı yola düşəcək. Qatar Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək. Qazaxıstan Dəmir Yollarının saytında yerləşdirilən xəbərə görə,  bunu “KTZ Express” Səhmdar Cəmiyyətinin (SC) konteyner daşımaları departamentinin direktoru Almat Kərimov bildirib. Qazaxıstanın Kokşetau stansiyasından Türkiyənin Mərsin şəhərinə yola düşən birinci konteyner qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqonlarına yüklənmiş “NK “KTZ” SC-yə məxsus otuz 20 futluq konteynerdən ibarət olub. Qablaşdırılmış taxıl daşıyan qatar 10 gün ərzində 5435 kilometr məsafə qət edib. Qatarın marşrutu Qazaxıstanın Kurık limanından bərə keçidi vasitəsilə Xəzər dənizində Azərbaycanın Ələt limanı ərazisindən keçib. Bu zaman Axalkalaki-Qars yeni Gürcüstan-Türkiyə sərhəd keçidində yüklər enli raylı vaqonlardan dar raylı vaqonlara yüklənib. A.Kərimov deyib: “Layihə bütün əlaqədar tərəflərin – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçıları olan dəmir yolu, liman, dəniz administrasiyalarının, logistika şirkətlərinin səhmanlı işi sayəsində uğurla həyata keçib”. Türkiyənin Mərsin şəhərinə konteyner qatarının göndərilməsi “NK ”KTJ” SC-nin törəmə şirkəti olan “KTZ Express” SC tərəfindən təşkil edilib. A.Kərimov deyib: “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda malların daşınmasının səmərəli logistika zəncirinin yaradılması, konteyner axınlarının cəlbi və yük bazası tarazlığının yaradılması üçün “KTZ Express” SC yükgöndərənə avtomobil nəqliyyatının və Qazaxıstan nəqliyyat-logistika infrastrukturunun xidmətlərindən istifadə etməklə, konteynerlər ilə multimodal təchizat təklif edib. Yeni marşrutun potensialı ildə 10 milyon ton yük civarında qiymətləndirilir. Yaxın günlərdə yüklərin növbəti partiyası göndəriləcək”. A.Kərimov vurğulayıb ki, multimodal həllərin və xüsusi terminal infrastrukturunun tətbiqi ilə marşrutlar işə salınması Qazaxıstana istər Türkiyə, istərsə də digər yaxın və uzaq xarici ölkələr istiqamətində taxıl daşınmasının ixrac həcmini artırmağa imkan verəcək. Xatırladaq ki, oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə bir sıra dövlət və hökumət başçıları iştirak edib. İçərisində Qazaxıstan yükü olan ilk qatar yeni yolla Türkiyənin Mərsin şəhərinə göndərilib. Azərtac  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır