Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

dəmir yolu xətti ilə yola salınan qatar Mersin şəhərinə ça

Qazaxıstandan yola çıxan qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb. “Seanews.az” Anadolu agentliyinə istinadla xəbər verir ki, 30 konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib. Qatarla 600 ton buğda daşınıb. Qatarı qarşılayan Türkiyənin dövlət dəmir yolu şirkətinin (TCDD) baş direktoru Veysi Kurt deyib ki, Bakı-Tbilisi-Qars regionumuz üçün çox əhəmiyyətli nəqliyyat dəhlizidir. Bu, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu magistralıdır. “Qazaxıstandan Türkiyəyədək 4200 kilometr məsafə qət edən qatar Mersin şəhərinə təhlükəsiz və maneəsiz çatdı. Bu dəmir yolu xətti Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha da töhfə verəcək”, – deyə V.Kurt vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır