ı-Tbilisi-Qars dəmiryolu ilə ilk qatar Qarsa ça
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb. İlk qatarın qarşılanma mərasimi keçirilib. Mərasimdə iştirak edən “TCDD Taşımacılık AŞ”-nin baş direktoru Veysi Kurt bildirib ki, qatar 856 km uzunluğunda yolu 40 saata qət edib. Oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş qatar 32 konteynerdən ibarətdir. Məlumata görə, həmin qatar Azərbaycandan Qarsa 40 saata çatıb. Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq. Qarsdan Mərsinədək məsafən 258 km uzunluğundadır. Qeyd edək ki, BTQ dəmiryolunun təntənəli açılış mərasimi oktyabrın 30-da Bakıda keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır