Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun perspektivləri müzakirə ol
İranın paytaxtı Tehran şəhərində “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun işçi qrupunun növbəti görüşü keçirilir. Görüşdə İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa dəmir yollarının nümayəndələri iştirak edirlər. Azərbaycanı tədbirə “Azərbaycan Dəmir Yolları”QSC ilə yanaşı “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun Azərbaycan ərazisi üzrə operator şirkəti “ADY Express” MMC-nin nümayəndələri təmsil edirlər. Aparılan danışıqlar zamanı “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun perspektivləri və həyata keçirilən infrastruktur layihələr diqqət mərkəzində olub. Tərəflər eyni zamanda marşrutun rəqabətliliyinin artırılması istiqamətində görülən işlər haqqında müzakirələr apararaq, yükdaşıma tariflərinin optimallaşdırılmasından danışıblar. Görüşdə “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun koordinasiya komitəsinin fəaliyyəti də müzakirə mövzusu olub. Koordinasiya komitəsinin işçi qrupunun yaradılması və həmin qrupun mütəmadi görüşlər keçirərək, yaranan problemlərin aradan qaldırılması ilə məşğul olacağı qərara alınıb. İclasda “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunda test qatarının göndərilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər də diqqət mərkəzində olub. İşçi qrupu Hindistan – İran Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Polşa – Avropa istiqaməti üzrə daşımalar mexanizminin təkmilləşdirilməsi və marşruta yeni yüklərin cəlbi yollarını araşdırıblar. Sabah isə Tehranda işçi qrupunun üzvlərinin marşrutdan istifadə edə biləcək potensial müştərilərlə görüşü nəzərdə tutulub. İşçi qrupunun iclası 2 gün davam edəcək.