Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı artıq Kurık limanında

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə taxıl aparan ilk yük qatarı artıq Qazaxıstanın Kurık limanındadır. Bu barədə “ADY Ekspress”dən  bildirilib. Məlumat verilib ki, yük qatarı Xəzər dənizində yeganə bərə operatoru olan “Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” QSC-nin gəmi-bərəsi vasitəsilə Bakı limanına nəql ediləcək. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk yük qatarı oktyabrın 24-də Qazaxıstanın Kustanay stansiyasından Kurık limanına yola salınıb. İlk qatar Bakı Beynəlxalq Dəniz Ticarət Limanından oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək. Azərtac        


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır