Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

a dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırı

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən qısa nəqliyyat dəhlizidir. Qara dəniz ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edə bilərlər. Bu fikirləri Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Nazir müavini deyib ki, Azərbaycan yeni yaratdığı beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə regional layihələri həyata keçirməyə hazırdır. “Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Qara dəniz ölkələrinə idxal və ixrac əməliyyatlarını artırmaq olar”, – deyə M.Məmməd-Quliyev əlavə edib. Sessiyada çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız da bildirib ki, Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə ticarət dövriyyələrini artıra bilərlər. Türkiyə yeni nəqliyyat infrastrukturu vasitəsilə birgə iqtisadi layihələri həyata keçirməyə hazırdır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır