Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

rbaycan bayraqlı ilk qatar BTQ xətti ilə yola salı

Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. “Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi – 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir”,- deyə məlumatda bildirilib. Qeyd edək ki, BTQ dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. 30 konteynerdən ibarət birinci qatar noyabrın 4-də Türkiyənin Mersin  şəhərinə çatıb və qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb. Apa


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır