Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ir: Məqsəd Trans-Avropa və Trans-Asiya dəhlizlərini birləşdirəcək yeni nəqliyyat infrastrukturu yaratmaq

Tbilisidə keçirilən “İpək Yolu” Beynəlxalq Forumu işini panel iclaslarla davam etdirib. Nəqliyyat infrastrukturunun inkişafı məsələlərinə həsr olunmuş panel iclasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir deyib ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dayanıqlı inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan bu kontekstdə nəqliyyat strukturunun inkişafına xüsusi önəm verir. Yeni infrastrukturların, logistik mərkəzlərin yaradılması, xidmətin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzindədir. Ramin Quluzadə bildirib ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə böyük önəm verir və bu layihələrin inkişafında fəal iştirak edir. 2004-cü ildə Azərbaycanda 11 min kilometr uzunluğunda avtomobil yolu salınıb və bunun 1300 kilometri məhz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əhatə edib. Nazir hazırda tikintisi davam edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə də ətraflı məlumat verib. Bildirib ki, bu liman təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Limanın tikintisinin birinci fazası başa çatdıqdan sonra mal dövriyyəsi 15 milyon ton, konteyner daşınması isə 100 min təşkil edəcək. Limanın tikintisi tam başa çatdıqdan sonra isə mal dövriyyəsinin 25 milyon tona, konteyner daşınmasının isə 1 milyona çatdırılacağı gözlənilir. Azərbaycanın dəmir yolunun da modernləşdirildiyini deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını xüsusi qeyd edib. Bildirib ki, bu yol Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri nəticəsində tikilib. Bu layihə bizim ölkələrimiz arasında əməkdaşlığı genişləndirməklə yanaşı, ticarət dövriyyəsinin və investisiya yatırımlarının artırılması üçün də yeni imkanlar yaradacaq. “Azərbaycanın əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəhlizlərini birləşdirəcək yeni nəqliyyat infrastrukturu yaratmaqdır”, – deyə R.Quluzadə çıxışında vurğulayıb. Nazir İpək Yolu Forumunun işini yüksək qiymətləndirib və deyib ki, bu Forum ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır