Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ı-Tbilisi-Qars dəmir yolu ilə daha bir yük qatarı yola salı

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir yük qatarı yola salınıb. “ADY Ekspress”dən bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyənin Mersin limanına yola salınan ilk yük qatarı artıq həmin yolla geri göndərilib. Türkiyənin Mersin limanında həmin blok qatar yüklənərək, Qazaxıstana yola salınıb. Bununla bağlı Mersində keçirilən tədbirdə Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt, Mersin Şəhərinin valisi, “ADY Express” və “KTZ Express” şirkətlərinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, həmin yük qatarı Qazaxıstandan yola düşmüş və oktyabrın 30-da Ələt Limanında Bakı-Tbilisi-Qars dəmir yolu ilə Mersinə yola salınmışdı. Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Dəmir yolu xəttinin ümumi uzunluğu 846 kilometr təşkil edir ki, bunun da 504 kilometr Azərbaycan, 263 kilometr Gürcüstanın və 79 kilometr Türkiyənin payına düşür. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır