Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ölkə birlikdə yeni nəqliyyat dəhlizi yara

Türkmənistan Məclisi (parlament) Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Lyapis lazur” nəqliyyat dəhlizinin yaradılması barədə sazişi ratifikasiya edib. Saziş noyabrın ortalarında Aşqabadda Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri səviyyəsində imzalanıb. İmzalama mərasimi Əfqanıstan üzrə VII İqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində baş tutub. Bu dəhlizin Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcəyi nəzərdə tutulur. Daha sonra dəhliz Xəzər vasitəsilə Bakıya və Tbilisidən keçməklə Ankaraya, oradan isə İstanbula uzadılacaq. Gürcüstan ərazisində nəqliyyat dəhlizinin Poti və Batumiyə şaxələndirilməsi nəzərdə tutulur. Layihənin dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir. Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit mineralının rənginə uyğun götürüb. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır