Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

distan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşmasında maraqlı

İran ilə Rusiyanın dəmir yollarını birləşdirəcək Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti hazırdır və bu yaxınlarda istismara buraxılacaq. Bu sözləri İranın yollar və şəhərsalma naziri Abbas Axundi Hindistanda səfərdə olarkən deyib. Səfər çərçivəsində Hindistanın İranın dəmir yollarına 2 milyard dollar həcmində sərmayə yatırmağı haqqında razılıq əldə olunub. Hindistanlı həmkarı Nitina Hodkariyə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inşası barədə məlumat verən A. Axundi nəzərə çatdırıb ki, 164 kilometrlik Qəzvin-Rəşt dəmir yolunun tikintisi bu ilin mart ayında yekunlaşacaq. Lakin tikinti işləri Rəşt-Astara dəmir yolu xətti üzrə davam edəcək. Nazir bu yolun çəkilişi üçün Azərbaycanın İrana 500 milyon dollar kredit verəcəyini də diqqətə çatdırıb. Qeyd olunub ki, məhz Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) xətti ilə İranın dəmir yolları sistemi Rusiyanın dəmir yolları sistemi ilə birləşəcək. Bu da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək. Hindistanın nəqliyyat naziri N.Hodkari ölkəsinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşmasında maraqlı olduğunu nəzərə çatdırıb. Bildirib ki, Hindistan Avropaya ixrac etdiyi yükləri Mumbai limanından İranın Bəndər-Abbas limanına göndərəcək və oradan da yüklər qatarla Rusiya və Şərqi Avropa ölkələrinə daşınacaq. Bu yol olduqca səmərəlidir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır