Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

axıstan BTQ layihəsinə görə Xəzər sahilində liman t

Qazaxıstan  ərazisindən keçməklə daşınan yüklərin həcmi  1,8 dəfə xeyli artıb. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.  Dövlət başçısının sözlərinə görə, Astana bu qədər tranzit daşımalarından ildə 5 milyard dollar qazanc götürməyi düşünür. N.Nazarbayev əlavə edib ki, şosse, dəmir və hava yolları vasitəsilə ölkəyə yüklərin gətirilməsi və aparılması çox vacibdir və hər kəs çalışmalıdır ki, tranzit daşımaların genişlənməsinə müsbət təsir göstərsin.  Nazarbayev onu da deyib ki, Çinin İpək Yolu layihəsini ilk başdan dəstəkləyiblər və əmindirlər ki, 65 ölkəni birləşdirən bu dəhliz “Nurlu Yol” layihəsi ilə birləşərək Qazaxıstan iqtisadiyyatına önəmli qüvvət verəcək. O, Çindən başlayaraq Xəzər sahillərinədək uzanacaq dəmir yolunun tikintisini də önəmli sayıb: “Qazaxıstanda Qərbi Avropa – Qərbi Çin avtomobil yolu layihəsi əsasında 2,7 min kilometr uzunluğunda yol tikilib. Ümumilikdə, 2010- cu ildən bəri 5 min kilometr avtomobil yolu tikilib. Önümüzdəki 5 il ərzində daha 4,4 min kilometr yol tikəcəyik. Astanadan hər tərəfə şosse və dəmir yolları uzanacaq. Çin sərhədindən Xəzər dənizi sahilinədək dəmir yolu tikmişik. Niyə, çünki çinlilər Avropaya Qazaxıstan və ya Rusiya üzərindən mal daşımaqda maraqlı idilər”.  N.Nazarbayev bildirib ki, Sakit okean sahillərini Avropaya bağlayacaq yollar Qazaxıstan üzərindən keçməklə, həm də İran və Bəsrə körfəzinədək şaxələnəcək. “Bakı-Tiflis-Qars dəmir yolu xətti açıldığı üçün biz Xəzər sahilində Kurık limanını tikdik. Bilirik ki, bu liman ölkəmizə böyük vəsaitlər qazandıracaq. Qazaxıstandan keçən tranzit yüklərin böyük bir hissəsi də məhz Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə daşınacaq” – deyə, N.Nazarbayev qeyd edib.  Hafta.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır