Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

axıstanda Transxəzər nəqliyyat marşrutunun böyük perspektivlərini görür

Qazaxıstan Milli Sahibkarlar Palatasında (“Atamekan” MSP) və Qazaxıstan Nəqliyyatçılar İttifaqında belə hesab edirlər ki, xüsusən Çin mallarının nəql olunmasının və Qazaxıstan mallarının Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyəyə və daha sonra Avropaya çatdırılmasına şərait yaradan Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu dəhlizinin açılışdan sonra Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanlarından istifadə olunması üçün böyük perspektivlər yaranıb. Bu barədə Qazaxıstanın “Atamekan” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin üzvü Murat Abenov bildirib. O deyib: “Bizim sahibkarlar üçün logistika marşrutlarının şaxələndirilməsi prosesi gedir və onların istehsal etdikləri malların ixracı məsələlərində böyük imkanlar yaranır. Qazaxıstan biznesi malların daşınmasının maya dəyərinin və yolda olma müddətinin azaldılması hesabına özünün rəqabətqabiliyyətliliyini artırır, çünki bu halda malların dəniz yolu ilə – Qara dənizin Gürcüstan limanlarından Türkiyə limanlarına daşınması istisna edilir. Layihədə Xəzər dənizinin Aktau və Kurık limanlarından istifadə edilməsi də Qazaxıstan üçün müsbət məqamdır”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır