Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Çinin yeni müşahidə peyki “Bir kəmər, bir yol” layihələrinə xidmət göstərəcək

Çin noyabrın 28-də Tayyuan kosmodromundan orbitə Yerin müşahidəsi üçün “Gaofen-12” peykini buraxıb.

Çin Kosmos Elmləri və Texnologiyaları Korporasiyasının mütəxəssislərinin hazırladıqları peyk planlaşdırılan orbitə daxil olub. “Gaofen-12” yer səthinin öyrənilməsi, şəhər planlanması, yol şəbəkəsinin dizaynı, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının qiymətləndirilməsi və təbii fəlakətlərə qarşı mübarizədə istifadə olunacaq. Peyk bundan başqa, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı layihələrə xidmət edəcək.

Peyki orbitə “Long March 4C” raketdaşıyıcısı aparıb. Bu, eyni seriyadan 320-ci raket buraxılışı olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır