ara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti martda istismara verilə
Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti martın sonunda istismara veriləcək və ilk sınaq qatarı İrandan Rusiyanın Sankt-Peterburq şəhərinə yola salınacaq. Bu sözləri İranın Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Abbas Zamani deyib. Onun sözlərinə görə, martda ilk dəfə Azərbaycandan tranzit keçməklə Sankt-Peterburqa tikinti materialları daşıyan yük qatarı göndəriləcək. A.Zamani bildirib ki, xətt istismara verildikdə yüklərin daşınması ilə yanaşı, sərnişindaşıma da həyata keçiriləcək. Beləliklə, sərnişinlər Tehran-Moskva qatarı ilə Astaradan keçməklə Rusiyaya gedə biləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır