Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut ol

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı həm Hindistan, həm də Azərbaycan üçün ümumi prioritetdir. Bunu Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib. Onun sözlərinə görə, “Şimal-Cənub” dəhlizi iki region arasında birbaşa əlaqənin olmaması problemini həll edəcək: “ Layihə Hindistan üçün Azərbaycana, Rusiyaya, Türkiyəyə və MDB ölkələrinə ən qısa və ucuz marşrut təqdim edəcək. Hindistan İranla birgə 2017-ci ilin noyabrında fəaliyyətə başlamış Çabahar limanının inkişafı məqsədilə birgə iş aparır. Azərbaycan öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolunu işə saldı ki, bu da yük nəqli variantlarını artırır”. Səfir qeyd edib ki, bu hadisələr yaxın illərdə regionda ticarətə multiplikativ təsir göstərəcək: “Layihənin İran ərazisindəki sahəsi işə düşən kimi regionlar arasında yük dövriyyəsinin artımı gözləntilərdən daha yüksək olacaq”. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır