Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

ı-Tbilisi-Qars dəmir yolu ilə Çindən İtaliyaya yük qatarı yola dü

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çinin Urumçi şəhərindən İtaliyanın Neapol şəhərinə yük qatarı yola düşüb. Urumçidən yola düşən “X9403” nömrəli yük qatarı ilə pomidor məhsulları daşınır. 44 konteynerdən ibarət yük qatarı fevralın 26-da yola çıxıb, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək İtaliyanın Neapol şəhərinə gedəcək. Qatar Xəzər dənizində Ro-Ro tipli gəmi ilə Ələt Beynəlxalq dəniz ticarət limanına gələcək və oradan Gürcüstana yola düşəcək. Məlumatda bildirilir ki, qatar 10 min 500 kilometrlik məsafəni 25 gün müddətində başa vuracaq. Çindən Avropa istiqamətinə bu il Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 1400 konteyner göndərilməsi planlaşdırılıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır