Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Bir kəmər-bir yol” təşəbbüsü çox böyük faydalar gətirə

“Bu gün bir çox ölkələrin diqqət mərkəzində olan “Bir kəmər-bir yol” təşəbbüsü bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu layihə bütün iştirakçı ölkələr, eləcə də digər maraqlı tərəflər üçün fayda gətirəcək”. Bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib. Nazir bildirib ki, bu gün Cənubi Qafqaz regionunda bir sıra vacib layihələr həyata keçirilir. İnkişaf etmiş və dünyanın digər aparıcı dövlətləri bu layihələrin gələcəyinə inanırlar. Həmin dövlətlər “Bir kəmər-bir yol” təşəbbüsünün də əhəmiyyətini görürlər. Onlar da bu təşəbbüsün regional əməkdaşlıq, infrastruktur və ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verəcəyinə inanırlar. “Bir kəmər-bir yol” təşəbbüsü bütün iştirakçılar üçün yeni iş yerlərinin yaradılması, biznes və sosial rifah üçün yeni imkanlar açacaq. Böyük investisiyalar tələb edən bu təşəbbüs qanunvericiliyin yaxınlaşdırılması ilə yanaşı gömrük prosedurlarını da sadələşdirəcək”, – deyə Kumsişvili vurğulayıb. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır