Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ndu logistika mərkəzi Transxəzər marşrutu üzrə beynəlxalq assosiasiyaya qoşulmaq niyyətind

Çendu beynəlxalq dəmir yolu və logistika mərkəzi “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına qoşulmaq niyyətindədir. Bu fikir Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallının Çinin Siçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərində keçirdiyi görüşlərdə səslənib. Vilayətin rəhbər şəxsləri, logistika şirkətlərinin nümayəndələri, Çendu dəmir yolu və logistika mərkəzinin rəsmiləri ilə keçirilən görüşlərdə iki ölkə, habelə Azərbaycan ilə Siçuan vilayəti arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərindən, “Bir kəmər-bir yol” strategiyası çərçivəsində Çinin Avropa ilə dəmir yolu əlaqəsində ölkəmizin strateji iqtisadi potensialından danışılıb. Çinin dəmir yolu qovşaqlarından biri olan Çendu ölkənin Avropa ilə dəmir yolu yükdaşımalarında əhəmiyyətli tranzit və logistik mərkəz rolunu oynayır. Çendu beynəlxalq dəmir yolu və logistika mərkəzindən Avropanın bir çox şəhərlərinə və əks istiqamətdə yükdaşımalar indiyədək iki müxtəlif marşrut üzrə həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə yüklərin Çendudan Avropaya daşınması üçün yeni imkan yaranıb. Mərkəzin rəhbərliyi bu yol ilə yükdaşımalarının perspektivli olduğunu düşünərək, Azərbaycandan keçən istiqaməti özünün rəsmi marşrutlar siyahısına daxil edib. Bu kimi məsələlərin müzakirəsi məqsədilə mərkəzin nümayəndə heyəti Azərbaycana səfərə dəvət edilib. Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Çenduda yerli KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycan ilə Siçuan vilayəti arasında iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafına, habelə Transxəzər beynəlxalq ticarət və tranzit dəhlizinin potensialına, Azərbaycanın tranzit-logistika imkanlarına dair sualları cavablandırıb. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır