Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ir: İpək yolunu təkrar canlandırdığı üçün dünyanın gözü BTQ üzərində

Bakı-Tbilisi-Qars Türkiyə, Azərbaycan və Gürcüstanın uğurlu layihəsidir.  “Seanews.az” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib. O qeyd edib ki, İpək yolunu təkrar canlandırdığı üçün dünyanın gözü BTQ üzərində idi: “Çox uğurlu iş birliyi reallaşdırdıq. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi bu layihəyə Qazaxıstan, Türkmənistan və Çini də daxil edəcəyik. Təkcə Qazaxıstan xəttə 10 milyon ton yük verəcəyini öhdəsinə götürüb və buna əməl edir. Çin-Avropa, Avropa-Çin arasında ildə 240 milyon ton konteyner yük daşınır. Biz bunun 10 faizini ala bilsək, yükdaşımanın həcmi xeyli arta bilər”. Nazir deyib ki, BTQ ilə müqayisədə yüklərin digər  alternativ xətlərlə daşınması iqtisadi baxımdan sərfəli deyil.  Onun sözlərinə görə, hazırda Cənub dəhlizində və Şimal dəhlizində yükdaşıma müddəti təxminən 45-62 gündür. Eyni yük BTQ ilə  Avropa İttifaqı ölkələrinə daha rahat və qısa müddətə çatır. “BTQ ilə  Çindən göndərilən yük Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni istifadə edərək ən qısa müddətdə, ən rahat yolla daşına bilir. Qısa zaman nə qədərdir? 12-15 gün…Qatara yükü vurursunuz və yükünüz kəsintisiz çatır.  Avtomobil yolu da alternativ sayıla bilər, amma nəzərə almaq lazımdır ki, dəmiryolu ilə yükün hamısını bir dəfəyə daşımaq mümkündür”- deyə, nazir əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır