Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

var-fevralda daşınan yüklərin həcmi məlum

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 32 mln. 348,3 min ton təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Cari ilin yanvar-fevral aylarında qeyri-neft yük daşımalarının həcmi 1,1% – 23,7 mln. tona qədər artıb. Yük daşımalarının strukturunda 78,3% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,7% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci ilin yanvar-fevral aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb. Hesabat dövründə dəmir yolu ilə tranzit yüklər daxil olmaqla 2,127 mln. ton (20,6% azalma), avtomobil nəqliyyatı ilə 18 mln. 857,9 min ton (2,3%artım), hava nəqliyyatı ilə 33,6 min ton (35,5% artım) yük daşınıb. Dəniz nəqliyyatı ilə isə 1 mln. 404,4 min ton yük daşınıb. Burda ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% artım qeydə alınıb. Sözügedən dövrdə daxili neft kəmərləri vasitəsilə 6 mln. 679 min ton neft (azalma 2,9%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb. İnterfax-Azərbaycan


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır