Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

axıstandan Azərbaycana yükdaşımalar artırıl

“Kurık limanı ilə 26 milyon ton yükdaşımanın həyata keçirilməsi mümkündür. Tərəfdaşlarımız “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə daşıma sistemi texnologiyası demək olar ki, tam şəkildə hazırlanıb”. Qazaxıstanın “KTZ Express” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Sanjar Yelyubayev tranzit-nəqliyyat potensialının reallaşdırılması və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində aparılan islahatlar barədə danışarkən  belə deyib. Qazaxıstanın yeni pilot layihəyə keçdiyini qeyd edən Sanjar Yelyubayev bərələrdən deyil, konteynerləri daşıyan gəmilərdən istifadə olunacağını söyləyib. O deyib ki, cari ildə Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana, oradan da Avropaya tranzit yüklərin daşınmasının ikiqat artacağı gözlənilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə müxtəlif istiqamətlərdə bir milyon tonadək yük daşınması qarşıda duran başlıca vəzifələrdən biridir. Sanjar Yelyubayev Qazaxıstanın 2020-ci ilədək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Avropa ilə Asiya arasında yüklərin daşınmasında tranzit habına çevriləcəyini və 2020-ci ildə daşınmaların 5 dəfə artacağını gözlənildiyi bildirib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır