Sinqapur limanında rekord nəticə qeydə alınıb
Sinqapur limanı 2010-cu ildən bu yana önəmli dərəcədə böyüyərək qlobal dənizçilik sənayesində öz mövqeyini möhkəmləndirib.
Sinqapur Dəniz Limanı Təşkilatından bildirilib ki, ötən il 2018-ci illə müqayisədə konteyner daşımalarında 1,6 faiz artım qeydə alınıb. Belə ki, sərt qlobal iqtisadi şəraitdə 2019-cu ildə daşımaların həcmi 37,2 milyon TEU-ya çatıb.
Hazırda dünyanın ən işlək ikinci konteyner limanı sayılan Sinqapur limanı Tuas limanı tamamlandıqdan sonra birinciliyi hədəfləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır