Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu ilə bağlı iclas keçirilib

Qazaxıstanın Almatı şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat  Marşrutu”nun inkişafı üzrə işçi qrupunun və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının cari ildə ilk iclası keçirilib.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna, Gürcüstan, Rumıniya, Çindən olan dənizçilik, dəmir yolu idarələri, liman və logistika şirkətlərinin təmsilçilərinin qatıldığı iki günlük toplantıda  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) qurumun sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Görüşdə  “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) 2019-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı; “TBNM” BA HŞB-nin İdarə Heyətinin tərkibinin təsdiqlənməsi; TBNM üzrə 2020-ci il üçün daşınma həcminin təsdiqlənməsi; TBNM” BA HŞB-nin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün audit şirkətinin seçilməsi və təsdiq edilməsi; “TBNM” BA HŞB-nin 2020-ci il üçün büdcəsinin təsdiq edilməsi;  “TBNM” BA HŞB-nin 2020-ci il üçün marketinq üzrə tədbirlər planının təsdiq edilməsi; "Anaklia İnkişaf Konsorsiumu" MMC-nin “TBNM” BA HŞB-nin assosiativ üzvlərinin siyahısından çıxarılması; “Xi’an Continental Bridge International Logistics Co., Ltd.” (Çin), “Aktau Sea North Terminal LLP” (Qazaxıstan) “TBNM” BA HŞB assosiativ üzvləri sırasına daxil olunması; TBNM üzrə 2020-ci il üçün tarif şərtlərinin təsdiqlənməsi kimi məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, bu marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Dəhlizin daha da inkişafı üçün iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür.

İclasın yekununda müvafiq protokol imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır