Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ndə İpək Yolu Beynəlxalq İnvestisiya və Ticarət Forumu keçir

Çinin Sian şəhərində 3-cü İpək Yolu Beynəlxalq İnvestisiya və Ticarət Forumu keçirilib. Çin Kommersiya Nazirliyinin, Şansi vilayət hökumətinin və Sian şəhəri kommersiya idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələr, o cümlədən Azərbaycan təmsil olunub. İpək Yolu üzərində yerləşən ölkələr arasında ticarətin inkişafı, dövlətlərin ticari əlaqələrinin genişləndirilməsi, yeni ticarət növlərinin tətbiqi məsələlərinin müzakirəsi məqsədilə keçirilən tədbir çərçivəsində müxtəlif mövzularda “dəyirmi masa”lar təşkil olunub. “İpək Yolu ticarət əməkdaşlığı” mövzusunda “dəyirmi masa”da çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan özünün tranzit-logistika imkanları, o cümlədən Transxəzər nəqliyyat və ticarət dəhlizi, Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Ələt ticarət limanının imkanları ilə bu təşəbbüsün reallaşmasında vacib rol oynayır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır