Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 47,5 milyon ton yük daşınıb
2019-cu ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47,5 milyon ton, yük dövriyyəsi isə 10 milyard 180,5 milyon ton-kilometr olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Dəhliz vasitəsilə daşınmış yüklərin 15,3 faizini və ya 7,2 milyon tonunu tranzit yüklər təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır