Ələt Azad İqtisadi Zonasının yeniləşdirilmiş baş plan konsepsiyasının layihəsinin təqdimatı ilə tanışlıq olub
Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun əməkdaşları ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti strukturların rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun və "Garland International" məsləhətçi şirkətinin nümayəndələri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd Ələt Azad İqtisadi Zonasının yeniləşdirilmiş baş plan konsepsiyasının layihəsinin təqdimatı ilə tanışlıq olub.
Daha sonra "Garland International" məsləhətçi şirkətinin eksperti Kevin Rudelen Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyasının layihəsinin təqdimatı ilə çıxış edib. Bildirilib ki, bundan əvvəl keçirilən görüşlər zamanı Dövlət Gömrük Komitəsinin səsləndirdiyi təkliflər hazırkı təqdimatda öz əksini tapıb və komitə rəsmilərinin rəyləri onlar üçün böyük əhəmiyyət kəsb edir.
Sonra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb.