Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

8-ci ilin ilk 6 ayı Bakı Limanında yükaşırmanın həcmi 2 milyon tona ça

2018-ci ilin birinci yarımilində Bakı Limanında yükaşırmanın həcmi 2 mln. tona çatıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən verilən məlumata görə, ümumi yükaşırmanın 86%-i tranzit yüklərin payına düşüb. Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, hesabat dövründə TEU ekvivalentində 10 746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artım deməkdir. Sərnişin daşımasında isə 37% artım müşayiət olunub. Belə ki, cari ilin yarımilində 19 965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16 526 sərnişin (82.8 %) Türkmənistan, 3 439 sərnişin (17.2%) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər. Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1%-ə yaxın artaraq 21 960 ədədə çatıb. Vaqonların 9 409-i (42.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0.8%) Bakı-Aktau-Bakı istiqamətində, 12 390 vaqon (56.4%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən iri həcmli nəqliyyat vasitələrinin sayı 9 512 ədədə çatıb. Bunlardan 5 353 ədədi (56.3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4 047 ədədi (42.5%) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2%) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib. Bu ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30% artaraq 280 min tona çatıb. Xatırladaq ki, 14 may 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazada yükaşırma potensialı illik 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə Ro-Ro və Ro-Pax tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır