Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

rkmənistan və Rumıniya Bakıdan keçməklə multimodal daşımalar məsələlərini müzakirə edir

Türkmənistan və Rumıniya Bakıdan keçməklə multimodal daşımalar məsələlərini müzakirə edirlər. Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanunun görüşündə Türkmənistan-Rumıniya qarşılıqlı əlaqələrinin perspektivləri müzakirə olunub. AZƏRTAC NEBİT-GAZ qəzetinə istinadla xəbər verir ki, tərəfdaşlığın prioritet istiqamətləri sırasında energetika və nəqliyyat-kommunikasiya sektorlarının adı çəkilib. Avrasiya qitəsində, o cümlədən Xəzər dənizi və Qara dəniz regionlarına daxil ölkələr arasında ticari-iqtisadi əlaqələrin fəallaşdırılması üçün geniş imkanlar olması qeyd edilib. Bildirilir ki, Aşqabadda Türkmənistan-Rumıniya iqtisadi və elmi-texniki əməkdaşlığı üzrə birgə Hökumətlərarası Komissiyanın 2018-ci ilin aprel ayında keçirilmiş yeddinci iclasında energetika, neft və qaz, nəqliyyat, kənd təsərrüfatı, yüngül sənaye və yüksək texnologiyalar sahələrində ticari-iqtisadi əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsinin mümkünlüyü məsələləri müzakirə olunub. Tərəflər multimodal daşımaların təmin olunmasında Türkmənbaşı şəhərindəki beynəlxalq dəniz limanının imkanlarını da nəzərdən keçiriblər. Türkmənistanın Dövlət Dəniz və Çay Nəqliyyatı Xidməti 2017-ci ildə Konstantsa limanına yüklərin, o cümlədən maye qazın daşınması imkanlarını öyrənib. Xüsusi konteynerlərdən istifadə edilməsi nəzərdə tutulan marşrut Türkmənbaşı limanından Xəzər dənizinə, sonra Bakı limanına , daha sonra dəmir yol nəqliyyatı ilə Batumiyə və ya Potiyə (Gürcüstan), nəhayət Qara dəniz vasitəsilə Rumıniyaya çatır.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır