Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

evi neft terminalı Afinadakı “Posidonia 2018” sərgisində təmsil ol

SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalı Yunanıstanın paytaxtı Afinada keçirilən 31-ci Beynəlxalq Nəqliyyat sərgisində – “Posidonia 2018” təmsil edilib. “Metropolitan Expo”da keçirilən sərgidə Kulevi neft terminalı ilə yanaşı, Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi və ölkənin dəniz sektorunun aparıcı şirkətləri iştirak edib. Qeyd edək ki, Kulevi terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb. Ötən 10 ildə limanın tutumu artırılıb. Həmçinin də qəbuletmə, yükləmə və yolasalma əməliyyatlarının payı artıb, nəticədə isə liman 2 min 200-dən çox tankeri qəbul edib və yola salıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir. Kulevinin gücü ildə 10 milyon ton təşkil edir. Terminalın anbar parkının ümumi tutumu 320 min kubmetrdir. Tbilisi-Poti mərkəzi dəmir yolu magistralı ilə Kulevini birləşdirən 14 kilometr uzunluğunda yeni dəmir yolu mövcuddur. Terminalın infrastrukturu müntəzəm olaraq müasirləşdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır