Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

axıstanda TBNM-in effektivliyinin artırılması məsələləri müzakirə ol

Ötən həftə sonu Qazaxıstanın Almatı şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”  Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun növbədənkənar görüşü baş tutub. İşçi qrupunun yığıncağında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini Gəmiçiliyin İstismar-kommersiya departamentinin rəisi Ruslan Qurbanov təmsil edib. Görüş zamanı TBNM-in təkmilləşdirilməsi, marşrutun dəniz hissəsində (Xəzər dənizi) yükdaşımaların inkişafı, habelə TBNM vastiəsi ilə tariflərin dərəcələrinin və yüklərin çatdırılma şərtlərinin optimallaşdırılması ilə bağlı bir sıra məsələlər müzakirə edilib. İclasda işçi qrupunun qərarı ilə Çin-Türkiyə/Avropa Birliyi arasında və əks istiqamətdə TBNM üzrə konteyner daşımaları üçün tarif dərəcələrinin müddəti uzadılıb. Bundan başqa, görüşdə 2018-ci ilin 5 ayı ərzində marşrut üzrə yükdaşımaların həcmi barədə hesabat dinlənilib. Qeyd edilib ki,  ötən ilin eyni dövrü ilə müqayisədə  daşımaların ümumi həcmi 10% artıb. İclasın sonunda iştirakçılar “Xorgos-Şərq qapısı” Xüsusi İqtisadi Zonasına, Altınkol dəmiryol sərhəd qoşun stansiyasına, “KTZE – Xorgos GateWay” quruyük limanına və “Xorgos” Beynəlxalq Sərhəd Əməkdaşlıq Mərkəzinə  səfər ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır