Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

rbaycan və Niderland öz ticarət limanlarını əlaqələndirmək niyyətind

Azərbaycan və Niderland Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı və onun Niderland limanları ilə əlaqələndirilməsi üzərində birgə çalışırlar. Bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib. O.Kervers bildirib ki, Niderlandın ticarət şəbəkələrinin nümayəndələri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi üsullarını öyrənirlər və Ələt limanı ilə ticarət əlaqəsi yaratmaq istəyirlər: “Hazırda onlar Azərbaycan sahibkarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi və Niderlandın “Greenport” və Venlo limanları ilə Ələt limanı arasında əməkdaşlığın qurulması üzərində çalışırlar”. Səfir vurğulayıb ki, layihənin əhəmiyyətli hissəsi hökumətin minimal iştirakı ilə iki ölkənin biznes dairələrinin əlaqələri üzərində hazırlanır: “Biz Bakı və Maastrixt arasında həftədə bir neçə dəfə yük reysləri həyata keçiririk və mövcud ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini görürük”. İki ölkə arasında limanların əməkdaşlığı üzrə işgüzar görüşlər barədə danışan diplomat bildirib ki, Azərbaycanın Ələt limanının nümayəndə heyəti 2018-ci ilin aprelində “Greenport” və Venlo limanlarında olub: “Həmçinin bu yaxınlarda logistika üzrə niderlandlı ekspertin Azərbaycana səfəri olub və səfər zamanı tərəflər iki ölkənin limanları arasında əməkdaşlığın konkret variantlarını və imkanlarını müzakirə ediblər”. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır