Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

nazir: “Bir kəmər – bir yol” layihəsi uğurla inkişaf

Bir zamanlar xəyal kimi görünən “Bir kəmər – bir yol” layihəsi bu gün uğurla inkişaf edir.  Bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib.  Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri işlədiyi zamanda Çin Xalq Respublikasına səfərini və bu səfər çərçivəsində keçirdiyi görüşləri xatırladan Baş nazir deyib: “Həmin səfər zamanı biz, Çin tərəfi ilə “bir kəmər – bir yol” layihəsinə dair memorandum imzaladıq. Biz, həmçinin yüklərin Gürcüstan dəmir yolu vasitəsilə daşınması barədə razılıq əldə etdik. Bu razılaşma və sənədləşmədə yüklərin Çindən Qazaxıstan ərazisinə, oradan Xəzər dənizindən keçməklə Azərbaycana və Gürcüstana çatdırılmasının 9-10 günə başa çatması hamı tərəfindən razılıqla qarşılanmışdı. Bu çox uğurlu bir layihədir və logistik yolun inşası nəticəsində biz həmçinin yüklərin Cənubi Koreyadan 12 günə Gürcüstana çatdığının da şahidi olduq. Bu böyük İpək yolu layihəsinin bərpasının tam sübutudur”. G. Kvirikaşvili bildirib ki, bu marşrutun davamlı olması üçün Gürcüstan yeni avtomobil yollarının tikintisi, dəmir yolu və dərin hövzəli Anakli limanının modernləşdirilməsi, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üçün yeni layihələr hazırlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır