Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

TRACECA ilə bağlı müzakirələr aparılıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə 2020-ci il üçün planlar, eləcə də təşkilatın 2018-2019-cu illər üzrə statistik məlumatları və Azərbaycanın ən çox tələb olunan məhsullarının ixrac-idxalı məsələləri müzakirə olunub.

Bunu TRACECA Hökumətlərarası komissiyasının Daimi katibliyinin baş katibi Aset Asavbayev deyib.

O bildirib ki, 2020-ci ildə nəqliyyat dəhlizini yeni avadanlıq, rəqəmsal texnologiya, sərhədyanı zonaların infrastrukturunun inkişafı, beynəlxalq norma və standartlara uyğun olmayan məhsulların aşkar olunmasının təkmilləşdirilməsi məqsədilə skanerlərin tətbiqi yolu ilə bütün sahələr üzrə inkişaf etdirmək planlaşdırılır.

Baş katibin sözlərinə görə, ötən il nəqliyyat dəhlizinin Azərbaycan sahəsində yük daşımalarının həcmi 52 milyon 761,9 min ton, yük dövriyyəsi isə 158,3 milyon ton təşkil edib. 2018-ci illə müqayisədə Azərbaycan sahəsində yük daşımalarının həcmi 0,2 faiz artıb.

A.Asavbayev əlavə edib ki, Azərbaycanın əsas ixrac olunan məhsulu neft və qazdır: “Bundan başqa, Azərbaycanın ən çox ixrac olunan məhsulları sırasına Sumqayıtın kimya istehsalı məhsulları, tərəvəz və ərzaq məhsulları daxildir. Azərbaycana idxal olunan məhsullar arasında müxtəlif markalı avtomobillər, məişət avadanlığı, Çin istehsalı olan elektron avadanlıqlar, şəkər və digər istehlak məhsulları yer alır”.

Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır