Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ici işlər nazirləri BTQ dəmir yolundan səmərəli istifadə məsələsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakıda görüşü zamanı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan səmərəli istifadə olunması məsələsi müzakirə olunub. “Biz BTQ dəmir yolundan səmərəli istifadə olunması məsələsini müzakirə etdik. Bu dəmir yolu Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyətə malikdir”, – deyə o qeyd edib. Nazir deyib ki, görüşdə BTQ ilə yüklərin Əfqanıstana nəqli məsələsi də müzakirə olunub. “Biz bu dəmir yolu ilə yüklərin Qazaxıstana, Özbəkistana və Əfqanıstana daşınması məsələsini nəzərdən keçiririk. BTQ ilə sərnişin daşımalarına isə bu il başlanıla bilər”, – deyə E.Məmmədyarov vurğulayıb. Onun sözlərinə görə, görüşdə, həmçinin enerji sahəsində əməkdaşlıq da müzakirə mövzusu olub. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır