Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

arımillikdə Azərbaycanda yük daşımalarının həcmi 1% ar

2018-ci ilin I yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 110 mln. 237 min ton təşkil edib. Bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Yük daşımalarının strukturunda 81,4% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,6% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci ilin I yarısında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb. Hesabat dövründə dəmir yolu ilə 6 mln. 693,8 ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb. Bu da 2017-ci ilin I yarısının göstəricisindən 7,2% azdır. Dəniz nəqliyyatı ilə 4 mln. 292,8 min ton (artım 9%), avtomobil nəqliyyatı ilə 70 mln. 463,7 min ton (artım 2,7%), hava nəqliyyatı ilə 102,9 min ton (artım 33,6%) müxtəlif yük daşınıb. Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 20 mln. 340,3 min ton neft (azalma 3,4%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır