Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarında nəqliyyat sahəsindəki əməkdaşlıqdan da danışıblar

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanla nəqliyyat sahəsində əməkdaşlıq haqqında: “Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov: “Biz “Lyapis Lazuli” adlanan layihə barədə saziş qəbul etdik. Bu dəhliz Əfqanıstandan başlanır, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya çıxır. Yəni, burada biz Asiya ilə Avropanın birləşdirilməsində mühüm rol oynayırıq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır