Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

CECA ilə yanvar-may aylarında daşınan yüklərin həcmi məlum

2018-ci ilin yanvar-may aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 21 mln. 341 min ton təşkil edib. Bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,3% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. TRACECA çərçivəsində yüklərin 5 mln. 10,1 min tonu və ya 23,5%-i dəmir yolu nəqliyyatı, 13 mln. 277,5 min tonu və ya 62,2%-i avtomobil nəqliyyatı, 3 mln. 53,4 min tonu və ya 14,3%-i dəniz nəqliyyatının payına düşüb. Hesabat dövründə TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 4 mln. 133,2 min ton və ya bütün yüklərin 19,4%-i tranzit yüklərin payına düşüb. 2017-ci ilin yanvar-may ayları ilə müqaysədə azalma 1,4% təşkil edib. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır. İnterfaks-Azərbaycan


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır