Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

abrda Praqada “Caspian Energy Forum” keçirilə

Noyabrın 30-da “Caspian Energy Forum Prague– 2018” keçiriləcək. “Report”a Klubdan verilən məlumata görə,8-ci Beynəlxalq “Caspian Energy Forum Prague – 2018”də dünyanın 17 ölkəsindən 300-dən çox nümayəndə iştirak edəcək. “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib ki, Forum Azərbaycanın Çex Respublikasındakı Səfirliyinin və “Caspian European Club”un dəstəyilə təşkil olunacaq. O bildirib ki, “Caspian Energy Forum Prague – 2018”in nümayəndələri arasında nazirliklərin, Avropanın dövlət və biznes qurumlarının rəhbərləri, Avropa Komissiyasının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin, Çex Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb. Telman Əliyev əlavə edib ki, http://www.caspianenergyforum.com linki vasitəsilə forumun proqramı və iştirakla bağlı ətraflı məlumat əldə etmək, qeydiyyatdan keçmək mümkündür. “Caspian Energy forum Prague – 2018”in təşkilini yüksək qiymətləndirən Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, uzun illər ərzində Çexiya ilə Azərbaycan arasında təkcə neft deyil, həm də qeyri-neft sahəsində ikitərəli sıx əməkdaşlıq formalaşıb. Səfir bu forumun ticarət mübadiləsinin daha da artımına, sahibkarlar arasında əlaqələrin qurulmasına, investisiya cəllbinə və yeni müəssisələrin yaranmasına xidmət edəcəyinə ümidini ifadə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır