Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Lazurit dəhlizi” ilə oktyabrda sınaq üçün yük göndərilə

Cari ilin oktyabr ayında Əfqanıstan özünün istehsal etdiyi malların “Lazurit dəhlizi” ilə (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) Avropaya ilk ixrac tədarükünü həyata keçirməyi planlaşdırır. Bu barədə Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin tranzit və ticarət obyektləri üzrə direktoru Yəhya Ahlaki məlumat verib. “Akina və Turqundi şimal limanlarından xalça və qiymətli daşların olduğu iki konteynerdən ibarət sınaq partiya Türkiyə və Hollandiyaya göndəriləcək. Pilot mərhələsi “Lazurit dəhlizi”ndə iştirak edən ölkələrə yüklərin göndərilməsi zamanı çətinlikləri aşkar etməyə və onların aradan qaldırılması üçün zəruri addımlar atmağa imkan verəcək”, – Əfqanıstanın “TOLONew” xəbər kanalı Y.Ahlakinin sözlərindən sitat gətirir. Onun sözlərinə görə, Əfqanıstandan mallar dəmir yolu ilə göndəriləcək və 6 gün ərzində yük maşınları ilə Gürcüstanın Qara dəniz limanlarına çatdırılacaq. “Nəqliyyat şirkətləri ilə müşavirə zamanı yüklərin bir hissəsini dəmir yolu, digər hissəsini yük maşınları və gəmilərlə göndərmək qərarına gəldik”, – Y.Ahlaki məlumat verib. Beynəlxalq Ticarət Palatasının direktoru Əbdül Qədir Bahman öz növbəsində qeyd edib ki, “Lazurit dəhlizi” ticarətçilərə “malların idxalı və ixracı üzrə əməliyyatları tez və ucuz həyata keçirməyə” yardım edəcək. 2016-cı ildə Əfqanıstan, Türkmənistan ,Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması haqqında sazişi mzalanıb.  Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır