Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

bəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadədə maraqlı

Özbəkistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır. Bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bildirib. Onun sözlərinə görə, BTQ dəmir yolu ölkələrin diqqət mərkəzindədir və bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, daha sonra Qafqaz vasitəsilə nəqliyyat marşrutları xüsusi aktuallığa malikdir: “Bu baxımdan idxal-ixrac yüklərinin artan həcminin daşınması üçün Transqafqaz nəqliyyat dəhlizinin geniş istifadəsi dövlətlərimizin maraqlarına cavab verir. 2017-ci il oktyabrın sonunda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi, həmçinin Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında infrastrukturun yaradılması bizim ölkələrin və regionların böyük tranzit və nəqliyyat-kommunikasiya potensialının reallaşdırılmasına yaxşı imkanlar açır”. Səfir xatırladıb ki, BTQ-nin təntənəli açılış mərasimində Özbəkistan nümayəndə heyətinə Bbaş nazir Abdulla Aripov başçılıq edib, bu da öz növbəsində, Özbəkistan tərəfinin dəhlizdən fəal istifadədə və yüklərin daşınma həcminin artırılmasında maraqlı olduğunu göstərir: “Biz də ümid edirik ki, Azərbaycan, həmçinin Mərkəzi Asiyanın mərkəzində yerləşən, iqtisadi və strateji xarakterli çox böyük imkanlara malik Özbəkistanın potensialından istifadədə maraqlıdır. Bununla əlaqədar, qeyd etmək istərdim ki, “Nəvai” azad iqtisadi zonası da nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı əsas yaradır”. Diplomatın sözlərinə görə, avtomobil, dəmir yolu və aviasiya yollarının qovuşduğu mühüm ərazidə yerləşən Nəvai şəhərinin hava limanı Cənub-Şərqi Asiya ölkələrini Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq, eləcə də Avropa ölkələri birləşdirir. Qitələrarası aviadaşımaların həyata keçirilməsində birgə iş Özbəkistan və Azərbaycan üçün perspektivdə xüsusilə faydalı olacaq: “Fürsətdən istifadə edərək bildirmək istərdim ki, cari ilin sentyabrında Daşkənddə “Mərkəzi Asiya beynəlxalq nəqliyyat dəhlizləri sistemində: strateji perspektivlər və reallaşdırılmamış imkanlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Biz minnətdarıq ki, Azərbaycan nümayəndələri bu tədbirdə iştirak etmək üçün dəvəti qəbul ediblər. Əminəm ki, bu səfər ölkələrimizə nəqliyyat sahəsində qarşılıqlı faydalı əlaqələrin inkişaf yollarını müzakirə etməyə də imkan verəcək”. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır