Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ikistanın Azərbaycandakı səfiri və tacik şirkətinin nümayəndələri Bakı Limanında olu

Tacikistan Respublikasının Azərbaycandakı səfiri və tacik şirkətlərinin nümayəndələri Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər. Səfər zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov qonaqlara yeni Bakı Limanının potensialı, yükaşırma qabiliyyəti və hazırda görülən işlər, o cümlədən, limanın Azərbaycan iqtisadiyyatına və qeyri-neft sektorunun inkişafına verəcəyi töhfələr barədə məlumat verib. Bakı limanının Orta Asiya ölkələri, xüsusilə Qazaxıstan və Türkmənistanla ticari əlaqələrin genişləndiyini qeyd edən Baş direktor Tacikistan şirkətlərini də yeni Bakı  Limanının xidmətlərindən yararlanmağa dəvət edib. Görüş zamanı qeyd olunub ki, Tacikistan Orta Asiyada böyük ticarət potensialı olan mühüm ölkədir. İki ölkə arasında ticari əlaqələrin və tcarət dövriyyəsinin artmasında Bakı Limanının rolu böyük olacaqdır. İkitərəfli danışıqlardan sonra qonaqlar liman ərazisi ilə yaxından tanış olub və onları maraqlandıran suallara cavab verilib. Xatırladaq ki, 2018-ci ilin ilk yarısında Yeni Bakı Limanının Bərə Terminalı vasitəsi ilə vaqon aşırılmasında artım qeydə alınıb və vaqonlar əsasən Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı və Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Bakı Limanından istifadə edən iri həcmli nəqliyyat vasitələrinin sayı 9512 ədədə çatıb. Bunlardan 5353 ədədi (56.3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4047 ədədi (42.5%) isə Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2%) Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır