Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

arımillikdə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi cüzi ar

2018-ci ilin I yarısında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 25 mln. 675,5 min ton təşkil edib. Bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,1% çoxdur. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. TRACECA çərçivəsində yüklərin 6 mln. 84,9 min tonu və ya 23,7%-i dəmir yolu nəqliyyatı, 15 mln. 932,1 min tonu və ya 62,1%-i avtomobil nəqliyyatı, 3 mln. 658,5 min tonu və ya 14,2%-i dəniz nəqliyyatının payına düşüb. Hesabat dövründə TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 4 mln. 947,2 min ton və ya bütün yüklərin 19,3%-i tranzit yüklərin payına düşüb. 2017-ci ilin yanvar-iyun ayları ilə müqaysədə azalma 1,8% təşkil edib. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır